Diplomat Vəhdət Sultanzadə vəfat edib

img

28-03-2022 [10:13]


Azərbaycanın diplomatı Vəhdət Sultanzadə vəfat edib.

Bu barədə ailəsindən məlumat verilib.

Bildirilib ki, diplomat 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1988 – 1991-ci illərdə SSRİ-nin Türkiyədəki konsulu olub. 2006 – 2010-cu illərdə Azərbaycanın Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib. Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Diplomatik fəaliyyəti dövrü (55 il) ərzində Azərbaycan SSR-nin XİN-də, Rusiya Federasiyası və Azərbaycanda müxtəlif rəhbər vəzifələri tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA