Ukraynada girov götürülən azərbaycanlı tələbədən xəbər var: "Zəng edən dedi ki, 72 saat ərzində..."

img

22-03-2022 [18:27]


Ukraynada azərbaycanlı tələbə Hüseyn Abdullayevi girov götürən şəxslər onun yaxınları ilə əlaqə saxlayıblar.

Mia.az xəbər verir ki, bunu H.Abdullayevin əmisi Cahin Abdullayev Report-a deyib.

"Bu gün günorta saatlarında bir nəfər mənə zəng elədi və özünü Hüseyni girov götürənlərdən biri kimi təqdim etdi. Həmin şəxs bildirdi ki, Hüseyn yaxın 72 saat ərzində evində olacaq. Əlavə heç nə demədi", - C.Abdullayev söyləyib.

Qeyd edək ki, H.Abdullayev əslən Neftçala rayonundandır. O, Ukraynadan Azərbaycana qayıtmaq istəyərkən girov götürülüb. Tələbəni girov götürənlər onun rus əsgəri ilə dəyişdirilə biləcəyini söyləmişdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA