Ukraynada Azərbaycan şirkətinə məxsus yük maşını və onun sürücüsü mühasirəyə düşüb

img

21-03-2022 [09:55]


Ukraynada Çerniqov vilayətinin Kryükov şəhərində Azərbaycan şirkətinə məxsus avtomobil və sürücüsü mühasirəyə düşüb.

Mia.az Report-a istinadla bildirir ki, bu barədə İvano-Frankovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov bildirib.

O deyib ki, Azərbaycanın "Volf transport" şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu Kryükovda Rusiya qoşunları tərəfindən mühasirəyə alınan şəhərdə artilleriya atəşi altındadır və həyatına təhlükə var.

Onunla bərabər Gürcüstan və Türkiyə şirkətlərinə məxsus yük maşınları sürücüləri mühasirədədir. Azərbaycan vətəndaşı ilə bağlı müraciətlər etsələr də heç bir nəticəsi yoxdur.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA