İcra başçısı cərimələndi - Qaydaları pozduğuna görə (VİDEO)

img

20-03-2022 [15:53]


Bakıda qayda pozan sürücülərin görüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. 

Mia.az Avtosfer.az-a istinadla xəbər hadisə martın 16-da paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb.

Qayda pozan avtomobillərin sırasında Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xidməti avtomobili də olub.

Belə ki, icra başçısına məxsus 01-AA-001 “BMW”, 99-KS-287 “Kia”, 90-ZS-357 “Toyota”, 90-BR-667 “Mercedes”, 77-DH-678 “Opel”, 99-OS-798 “Skoda”, 77-PB-828 “Ford”, 99-JZ-508 “Ford”, 99-OE-585 “Mercedes” markalı avtomobillərin sürücüləri sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Sürücülər axına qarşı hərəkət edərək qaydaları kobud şəkildə pozublar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib ki, yayılan görüntü dərhal araşdırılıb və həm Abşeron rayon İcra Hakimiyyətinə məxsus, həm də digər nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbiri seçilib. Belə ki, əks istiqamətli yola çıxaraq nəqliyyat axınına qarşı həkət edən avtomobillərin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100 manat 4 bal cərimə edilib.

Yol polisi kimliyindən asılı olmayaraq bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə səsləyib: "Qanunun aliliyini hər bir hərəkət iştirakçısı unutmamalıdır".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA