Orxan Zeynalovun istintaqı yekunlaşıb

img

25-03-2014 [22:34]


Moskva müstəntiqləri paytaxt sakini Yeqor Şerbakovun ölümü ilə bağlı istintaq işini yekunlaşdırıb. 


Musavat.com-un ria-ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin rəsmi təmsilçisi Viktoriya Tsıplyonkova açıqlama verib. 

"Azərbaycan Respublikasının vətəndaşı Orxan Zeynalova qarşı cinayət işinin təhqiqatı başa çatıb. Hazırda müttəhim və onun vəkili cinayət işinin materialları ilə tanış olmağa başlayıblar”, - deyə o bildirib. 

Xatırladaq ki, sözügedən cinayət hadisəsi Rusiyada ksenofobiyanı gücləndirmişdi. Ələlxüsus Moskvada miqrantlara qarşı yerli hökumətin də körüklədiyi böyük basqı kampaniyası başlamış, 400 nəfər saxlanılmışdı.       

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA