Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişəcək

img

18-03-2022 [16:00]


Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişəcək.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, martın 20-dən 23-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 20-si axşam, 21-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA