DAHA BİR SABİQ İCRA BAŞÇISI HAKİM QARŞISINDA: Mahir Quliyev bəraət, iki ev və maşının üzərindən həbsin götürülməsini istədi, hakim isə hökm oxudu
18-03-2022 [17:12]
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Mia.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında M.Quliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Prosesdə fasilə elan olunub/Report.
Fasilədən sonra sabiq icra başçısının vəkili Leyla Məmmədova müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, eyni zamanda, M.Quliyevin Bakı şəhərində yerləşən iki mənzilinin və bir maşınının üzərinə qoyulmuş həbsin götürülməsini tələb edib.
Daha sonra təqsirləndirilən şəxs son söz deyib. O, barəsində bəraət hökmünün verilməsini istəyib.
Hakimlər kollegiyası müşavirə otağına yollanıb və geri dönərək, M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmu oxuyublar.
Bundan başqa, hökmə əsasən Bakı şəhərində yerləşən iki mənzili və avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarılıb. Eyni zamanda, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
O, 2020-ci il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Mia.az
"Beşiktaş" Aymerik Laportu "radar"a alıb
BMT Baş katibi: "Biz Rusiya dronlarının Polşaya girməsini böyük narahatlıqla izləyirik"
"Fatih Karagümrük" isveçli oyunçusu transfer edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Yəmənə hücum etdi: 9 nəfər ölüb, 118 nəfər yaralı var
TRAMPDAN DÜNYANI TƏDİRGİN SALAN MÜHARİBƏ MESAJI: "Baxaq, başlayırıq"
"Beşiktaş" Gökhan Sazdağı ilə rəsmi müqavilə imzalayıb
Rusiya Polşaya PUA buraxmadığını iddia edir: "Müzakirəyə hazırıq"
Abbas Abbasov Rusiyada şirkətdəki payını satıb
Paşinyan: "Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var"
Qəzzada itki - Son statistika açıqlanıb
Hikmət Hacıyev ABŞ dövlət katibinin müavini ilə görüşüb - FOTO
BNA sabiq sədri yeni vəzifəyə gətirildi - Köhnə komanda toplanır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azəriqaz"ın rəhbərinin səhhəti ilə bağlı xəbər yayıldı - Azər Məmmədov xəstəxanaya yerləşdirilib
Baxçalıdan Ali Koça tam dəstək mesajı - Açıqlamalar
PLANLANMIŞ SSENARİ, yoxsa YIĞILIB QALMIŞ YÜKLÜ ENERJİ: hansı ölkələri çaxnaşmaya sürüklənir? - TƏHLİL
Milli Məclisin komitələri haqqında qanun dəyişir
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
Deputat: "Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılması qadağan olunmalıdır"
"Azərpoçt", "AzInTelekom", "Bakı Taksi Xidməti" və... - Əli Əsədov yeni qərar imzalayıb
Z nəsli Nepalı yandırır - Televiziya binası oda verildi, işçilər pəncərədən atladılar - FOTOLAR
Ceyhun Bayramov ABŞ rəsmisi görüşdü - Açıqlama
Əli Əsədov bu Agenliyə əlavə səlahiyyət verdi
Kılıcdaroğlu CHP-yə arxadan xəncər saplayır? - Mitinqdən əvvəl asılan plakat böyük maraq doğurdu
Qəzzada acından ölənlərin sayı artıb
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Mikayıl Cabbarov Prezidenti məlumatlandırdı (FOTOLAR)
“Nar” və “YAŞAT” Fondu şəhid övladlarını təbrik etdi - FOTOLAR
MN: "Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub"
Gökhan Sazdağı "Beşiktaş"a keçir
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazıdır
MƏRC HƏVƏSKARLARI NECƏ TORA DÜŞÜR? - "Misli" misli görünməmiş saxtakarlığa "məsuliyyət daşımırıq" cavabı verir, qanun və hüquqşünas isə...
Məşhur fransız hücumçu "Sakaryaspor"a keçib
Rusiyanın Polşaya hücumu NATO-da müzakirə olunacaq
Sabah yağış yağacaq
Pərvin Piriyev baş katib təyin olunub
Nəsimi rayonunda qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş olub - FOTOLAR
Müharibə xofu artdı: "Üçüncü dünya müharibəsi artıq başlayıb” - "Karib dənizində görünməmiş hərbi hərəkətlilik var"
Daha 180 nəfər polis olmaq istəyir - Nazir baxış keçirdi (VİDEO