Bələdiyyə sədrləri keçmiş icra başçısına qarşı: "Əməkdaşımın işdən çıxarılmaması və özümün..." - Məhkəmə prosesi
18-03-2022 [11:45]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.
Mia.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Şıxalı Gülməmmədov bildirib ki, sahibkarlıqla məşğul olub.
O deyib ki, V.Hacıyevlə bağlı heç bir yaxınlığı olmayıb: "Rayon daxilində tikinti-quraşdırma işləri olanda köməklik edirdim. Qaralar kənd bələdiyyəsinin sədri olmuşam. Araz çayından qum çıxarırdım, sahibkarlıqla məşğul olurdum. Pulu İmişli Rayon İcra Hakimiyyətinin mühasibatlığına verirdim".
Daha sonra şahid qismində Namiq Xankişiyev dindirilib. O söyləyib ki, rayonun abadlaşdırılmasına görə, icra hakimiyyətinin əməkdaşı İbrahim Zaidova 1 300 manat pul verib.
Şahid Hümbət Həsənov isə sahibkarlıqla məşğul olduğunu deyib: "Yanacaqdoldurma məntəqəm var idi, onu böyütmək istəyirdim. İmişli Rayon İcra Hakimiyyətinin mühasibinə müraciət etdim. Dedi ki şəhərin abadlaşdırılması üçün 3 min manat verməliyəm".
Şahid İmran Bəkirov isə ifadəsində qeyd edib ki, əvvəl İmişli şəhərinin icra nümayəndəsi olub: "Hazırda İmişlidə bələdiyyə sədri işləyirəm. Vilyam Hacıyevlə çox yaxın olmuşam. Səadət Şahpələngova adlı əməkdaşımızın işdən çıxarılmaması üçün Cəmil adlı şəxsə 5 min manat pul vermişəm. Öz əmək müqaviləmin müddətinin artırılması üçün də ona 5 min manat vermişəm"//Report.
Şahid Nofəl Atakişiyev qeyd edib ki, İmişli RİH-in baş mühasibi Cəmil Musayevə 5 min manat pul verib.
Daha sonra şahid qismində Aydın Xankişiyev dindirilib. O, əvvəllər dəmir yolunda rəhbər vəzifədə işlədiyini bildirib: “Rayonun abadlaşdırılması üçün İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində çalışan İbrahim Zahidova 1 000 manat pul verdim. O da pulu Cəmil Musayevə təqdim etdi”.
Şahid Malik Əzimov isə vurğulayıb ki, İmişli RİH-in baş mühasibi C.Musayevə 2 min manat pul verib.
Onun sözlərinə görə, əvvəllər rayonda bələdiyyə sədri olub: “Vilaym Hacıyev iclasda bildirdi ki, rayonun abadlaşdırılması üçün köməklik göstərilməlidir. Həyətimin qabağında mağaza tikmək üçün isə rayonun memarı Nazim müəllimə 1000 manat pul vermişəm".
Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"