Biləsuvarda keçmiş icra nümayəndəsinin evi yanıb

img

17-03-2022 [17:30]


Biləsuvar rayonunda iki evdə yanğın baş verib.

Hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 42 kvadratmetr olan Anar Məmmədova məxsus birmərtəbəli evdə yanğın başlayıb.

Daha sonra yanğın İsgəndər Rüstəmova məxsus 180 kvadratmetr olan ikimərtəbəli evə keçib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın nəticəsindəA.Məmmədova məxsus ev tamamilə, digər evin 2-ci mərtəbəsi yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, İsgəndər Rüstəmov Biləsuvar rayon Səmədabad kəndinin keçmiş icra nümayəndəsidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA