"Azərenerji”nin vəzifəli şəxsinin oğlu 238 min manatı ilə bağlı şikayət edib

img

17-03-2022 [16:47]


Bakıda iş adamı külli miqdarda dələduzluğa məruz qalıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 33 yaşlı biznesmen İkram Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək bildirib.

O qeyd edib ki, tanışı, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Əhmədov Tamerlan Şahin oğlu tərəfindən aldadılıb. İ.Əhmədov iddia edib ki, Tamerlan Əhmədov ondan 238 500 manat alaraq mənimsəyib.

Şikayətçi olan İkram Əhmədovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Müraciətlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ. Əhmədov “Azərenerji”nin “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə”sinin direktoru Xəndam Əhmədovun oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA