Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralılar var

img

16-03-2022 [18:14]


Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, aeroport yolunda hərəkətdə olan betonqarışdıran maşın idarəetmədən çıxaraq "Opel" markalı avtomobilin üzərinə aşıb: "Nəticədə "Opel"də olan şəxslər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları, təcili tibbi yardım briqadası cəlb olunub. Qəza zamanı yolda sıxlıq yaranıb. Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir"/Report.

Faktla bağlı araşdırma aparılır.

3 saylı Şəhər Klinik Xəstəxanasından isə Mia.az-a bildirilib ki, hadisə zamanı üç kişi xəsarət alıb.

Qeyd edilib ki, yaralılardan birinə döş qəfəsinin əzilməsi, digərinə sağ baldır sümüyünün travmatik çıxığı, o birinə isə alın nahiyəsinin dərialtı hemotoması, sol qulaq sırğanın cırılmış yarası diaqnozu qoyulub: “Daha sonra həmin şəxslərdən ikisi müayinə olunaraq evə buraxılıb, digərinin isə müalicəsi davam edir. Vəziyyətləri kafidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA