"Nar" 15 illik yubileyini abunəçilərlə birgə qeyd edir

img

16-03-2022 [13:21]


Artıq 15 ildir ki, Azərbaycanın ən gənc mobil operatoru “Nar” abunəçilərinə üstün xidmətlər təqdim edir.

Şirkətdən Mia.az-a verilən məlumata görə, bu illər ərzində “Nar” müştəri yönümlü siyasət yürüdərək abunəçilərin istək və tələblərinə uyğun bir çox unikal məhsul hazırlamış, ölkə boyunca yüksəkkeyfiyyətli 4G şəbəkəsini istifadəyə vermiş, üstün müştəri xidmətləri təqdim etmiş, eləcə də mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirlməsində fəal iştirak etmişdir. Müştəri Loyallığına görə rabitə bazarının lideri olan mobil operator, yubiley mesajının mərkəzində də məhz “Nar” abunəçisinə yer verib. 15 illiyi münasibətilə “Nar” “Hekayəmizin qəhrəmanı sənsən” devizi ilə TV kanallarda təbrik videoçarxı yayımlayır və eləcə də “Nar”ı seçən abunəçiləri üçün dəyərli hədiyyələrlə dolu yarışlara start verir.

Mobil operator daha rahat ünsiyyət üçün “Nar”ı seçən bütün abunəçilərinə təşəkkür edir və bayram hədiyyələrini qazanmaq üçün “Nar”ın rəsmi sosial media səhifələrini (“Facebook”, “Instagram” və “Twitter”) izləyərək yarışlarda fəal iştirak etməyə çağırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA