Azərbaycanlı cəmiyyət sədri Mariupolda mühasirədən çıxarılıb

img

15-03-2022 [19:21]


Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin (BUAK) Mariupol üzrə sədri Afaq Həmidova, ailəsi və daha bir neçə azərbaycanlı mühasirədən çıxarılıblar.

Mia.az Report-a istinadla xəbər verir ki, bu, Ukrayna və Rusiya arasında razılaşdırılmış "yaşıl dəhliz" vasitəsilə baş tutub.

Qeyd edək ki, A.Həmidova və bir qrup azərbaycanlı ilə Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə nəticəsində Mariupolda mühasirəyə düşmüşdü. Onlarla on günə yaxın idi ki, əlaqə kəsilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA