Krım tatarları ayağa qalxdı - Açıqlama

img

23-03-2014 [23:31]


Krım tatar fəalları milli-azadlıq hərəkatını bərpa eləmək əzmində olduqlarını bəyan ediblər. 

Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Krım tatarlarının matəm mitinqlərinin qətnaməsi üzrə işçi qrupunun rəhbəri Nedim Xəlilov bəyan edib.

Onun sözlərinə görə, hərəkatın əsas məqsədi Krım tatar xalqının 1783-cü ildə qırılmış milli dövlətçiliyinin bərpası olacaq. Xəlilov onu da bildirib ki, Krım tatar dövlətçiliyinin bərpasınadək yarımadada Rusiya qanunları deyil, Ukrayna qanunvericiliyi və beynəlxalq hüquq qüvvədə olmalıdır.

Ukrayna ərazisində Krım tatarlarının matəm mitinqləri Stalin deportasiyası qurbanlarının xatirəsi ilə bağlı 1991-ci ildən keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA