Ukrayna XİN: “Rusiya ilə müharibə astanasındayıq...” ; Krımda kimlər döyüşmək istəyir?

img

23-03-2014 [23:10]



Ukraynanın xarici işlər naziri əvəzi Andrey Deşitsa Rusiya ilə müharibə təhlükəsinin artdığını bildirib. 

"Ukrayna hökuməti bütün diplomatik vasitələrdən istifadə edərək ruslara qarşı duruş gətirməyə çalışır, ancaq ukraynalılar öz vətənini qorumağa hazırdılar”. Musavat.com-un məlumatına görə, nazir əvəzi bu sözləri "New York Post”a aşıqlamasında deyib.

Deşitsa yaranmış gərgin vəziyyətə görə Rusiya prezidenti Putini ittiham edib. Onun sözlərinə görə, Putin yerdə qalan dünya ilə ünsiyyət qurmur və işğalı davam etdirir. "Putinin öz beynində nə tutduğu məlum deyil. Ona görə də situasiya bir həftə öncəkindən daha təhlükəlidir”, - deyə nazir qeyd edib(Musavat.com)

***

Beş min əcnəbi könüllü Krımın müdafiəsi üçün Ukraynaya kömək təklif edib. Musavat.com-un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Türkiyədən, Almaniyadan, Azərbaycandan və Gürcüstandan olan könüllülər arasında keçmiş peşəkar hərbçilər də, adi vətəndaşlar da var. Bu barədə Ukraynadakı Türk-qarapapaqlar Şurasının sədri bildirib.

Könüllülər öz dövlətlərinin rəsmi göstərişlərindən asılı olmayaraq hərəkət edəcəklər. Onlar həmçinin, Rusiyaya qarşı informasiya savaşı aparmağa hazırdırlar. Bu yolla onlar Krımın etnik əhalisi olan tatarları və digər türkləri qorumaq əzmindədirlər. "Çünki Rusiyanın aqressiv hərəkətləri digər ölkələrə, o cümlədən Qazaxıstana, Azərbaycana və ya Qırğızıstana da zərər vura dəyə bilər”.

Hazırda könüllülər qanun çərçivəsində hərəkət eləmək üçün rəsmi Kiyevin çağırışını gözləyirlər.

Xatırladaq ki, Kreşatikdə ukraynalılar kütləvi şəkildə Milli Qvardiyanın sıralarına yazılırlar. Çağırış 20 min nəfərlik qvardiya üçün nəzərdə tutulub.

Musavat.com



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA