DYP rəisi qəzaya düşüb - Faktla bağlı cinayət işi açılıb - VİDEO (Yenilənib)

img

15-03-2022 [17:28]


Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə martın 13-ü saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Novruz Orucovun idarə etdiyi “Mercedes” və İlqar Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Xatırladaq ki, “Mercedes” markalı avtomobili idarən edən İ.Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisidir.

***

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzasında yaralanan şəxslərdən biri polis əməkdaşıdır.

Mia.az xəbər verir ki, bu barədə "Report"a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, “Mercedes” markalı avtomobili idarən edən İlqar Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisi vəzifəsində çalışır. O, hadisə zamanı avtomobildə tək olub. Qəza nəticəsində polis mayoru İ.Hümbətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müaviq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Xatırladaq ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA