Bayramda neçə gün dərslər olmayacaq? - Nazirlikdən açıqlama

img

14-03-2022 [15:24]


Altı günlük rejimlə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş (dərs) günü martın 19-da olacaq.

Mia.az Təhsil Nazirliyinə istinadla bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib və həmin günlər iş günləri hesab edilmir: "Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar, 25 mart da iş günü hesab olunmayacaq. 5 günlük rejimlə işləyən təhsil müəssisələrində Novruz bayramından əvvəl son iş (dərs) günü martın 18-i, bayramdan sonrakı ilk iş (dərs) günü martın 28-i, 6 günlük rejimlə işləyən təhsil müəssisələrində isə bayramdan əvvəl son iş (dərs) günü martın 19-u, bayramdan sonrakı ilk iş (dərs) günü martın 26-sıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA