Suriya hücum etdi, Türkiyə bir kəndi boşaltdı

img

23-03-2014 [12:11]



Türkiyə Hatay vilayətinin Yayladağı rayonuna bağlı Gözlekçiler kəndinin sakinləri təxliyyə olunub. ANS PRESS-in xəbərinə görə buna, Suriyanın Latakiya (Lazqiyyə) şəhərinin Türkiyə ilə sərhəddində yerləşən Kəsəb bölgəsində Bəəs rejimi ilə müxalif qüvvələri arasında davam edən döyüşlərin şiddətlənməsi səbəb olub.

Məlumata görə, Kəsəbdə atışma zamanı atılan top mərmilərindən bəzisi Gözlekçiler kəndinə düşüb. 

Bunan sonra sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib və Gözlekçiler kəndinin təxliyyəsinə qərar verilib. Kənd sakinləri rayon mərkəzində olan qohumlarının yanına köçürülüb.

Qeyd edək ki, kənddəki evlərdən birinin həyətinə düşən artilleriya topu mərmisinin partlaması nəticəsində bir çox evin pəncərəsinin şüşələri sınıb. Bundan başqa sərhəd yaxınlığında Çamlıtepe bölgəsinə top mərmisi üşüb.

Məscidlərin səsgücləndiricilərindən, zəruri ehtiyac olmadıqca evdən çıxılmaması istiqamətində anonslar səsləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA