"Azercell Telekom"dan abunəçilərinə - Xəbərdarlıq

img

12-03-2022 [16:20]


"Azercell Telekom" MMC abunəçilərini "WhatsApp" tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən Azercell mobil nömrə satışı təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

Mia.az xəbər verir ki, müvafiq məzmun və saxta təkliflərin "Azercell"ə heç bir aidiyyatı yoxdur.

Qeyd edilir ki, yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün "Azercell" mobil nömrələrin əldə edilməsi üçün yalnız şirkətin rəsmi www.azercellim.com internet səhifəsinə, eləcə də Azercell Eksklüziv mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etməyi xahiş edir.

Eyni zamanda şirkət öz abunəçilərindən şübhəli zənglərə və SMS- lərə cavab verməməyi, qeyri rəsmi internet saytlardan istifadə etməməyi tövsiyə edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA