Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanılıb

img

10-03-2022 [16:40]


Müdafiə Nazirliyinin (MN) daha bir sabiq idarə rəisi saxlanılıb.

Mia.az APA-ya istinadla xəbər verir ki, MN-in Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Fikrət Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.

Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.

Fikrət Mirzəyevin saxlanılması ilə bağlı ilk xəbəri “qafqazinfo.az” saytı yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA