Azərbaycanlı diaspor sədri mühasirəyə düşüb: "Burada cəhənnəm yaşanır"

img

10-03-2022 [14:15]


Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi və sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

Mia.az xəbər verir ki, "Report"un Şərqi Avropa bürosu Afaq Həmidova ilə bu gün əlaqə yaradıb. O deyib ki, sağ-salamatdırlar və şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər.

“Mariupolda demək olar, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, - A.Həmidova bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA