Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-03-2022 [00:20]
Qoç - Ciddi münasibət və diqqət tələb edən işlərə laqeyd yanaşmayın. Təyin edilmiş görüş, planlaşdırılmış işi unutmayın. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. İşdə rəhbərlik sizə həlim yanaşdığı üçün xüsusi problemlər yaranmayacaq.
Yaxınlarınızla münaqişə etməyin. Onların tənqidlərinə və birmənalı olmayan iradlarına aqressiv reaksiya verməyin.
Umu-küsü üçün heç bir səbəb yoxdur.
Yaxınlarınızla ünsiyyət müsbət emosiyalar verəcək.
Buğa - Dəvət aldığınız tədbirlərə qatılmaq, mühüm görüşlər keçirmək, bəzi mövqeləri müəyyənləşdirmək üçün əlverişli zamandır. İşgüzar danışıqlarda konkret olun. Ümumi layihəyə xüsusi marağı olmayan insanı belə, ruhlandırmağa çalışın.
Fiziki iş, aktiv fəaliyyət üçün münasib gündür.
Dostlarla görüş xoş təəssürat yaradacaq. Qəfil hədiyyə, gəlir istisna deyil. Yaxınlarınızdan biri xoş sürpriz edəcək.
Əkizlər - Günün emosional fonu əlverişli deyil. Sakitliyə riayət etmək, çətin vəziyyətlərdə soyuqqanlı qalmaq çətindir. Belə situasiyalar az olmayacaq. Təmkinli davranın. İşdə həmkarlar və rəhbərlkilə fikir ayrılıqları münaqişəyə, qarşılıqlı iradlar mübadiləsinə, işə heç bir dəxli olmayan söhbətlərə çevrilməsin. Həmkarlarınızla münasibətlərdə diqqətli və sayıq olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Qənaətcil davranın, gərəksiz əşyalara pul xərcləməyin.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - Aktiv və enerjili olun. Birlikdə çalışdığınız insanlarla müqayisədə daha çox iş görə bilərsiniz. Bilik və bacarıqların əldə olunması, yeni və dəyərli informasiyanın alınması üçün münasib gündür. Başqalarının təcrübəsindən yararlana bilərsiniz.
İşgüzar danışıqlar məhsuldar keçəcək. Qəfil və maraqlı təklif istisna deyil.
Axşam saatlarında mütləq ailəvi tədbirə qatılın. Yaxınlarınız və qonaqlarla həssas, səmimi davranın. Yaşam potensialı səviyyəsi yüksək olduğundan səhhətinizdə problem riski çox azdır.
Şir - Gərgin, təbəddülatlı, qarışıq gündür. Uğursuzluqları şişirtməyin, qələbələri qulaqardına vurmayın. Buraxdığınız istənilən səhvi fəlakət hesab etməyin. Yaxın ətrafınızdakı insanlar sizə dəstək olmağa çalışırlar. Alış-veriş üçün əlverişli zaman deyil. Qənaət etməyə çalışaraq tamamilə gərəksiz və keyfiyyətsiz əşyalar ala bilərsiniz. Nəticə sizi sevindirməyəcək.
Günün ikinci yarısı nüfuzlu insanla görüş üçün əlverişli deyil. Sizə mənəvi dayaq ola biləcək dostlarla bir araya gəlməkdən boyun qaçırmayın.
Nikbin olun.
Qız - Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan deyil. Qətiyyətli və iradəli olsanız, irəliləyiş gerçəkləşəcək. İntizamlı davranmaqda fayda var. Vaxtınızı boşuna sərf etməyin, şirnikləndirici vədlərə uymayın. Kimsəyə imkan verməyin ki, sizi yolunuzdan sapdırsın. Əhəmiyyətli gəlir, karyerada inkişaf ola bilər.
Nüfuzlu şəxslə görüş, işgüzar tərəfdaşlıqla bağlı məsələlərin təhlili üçün yaxşı zamandır. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclüdür. Şikayət üçün ciddi səbəblər olmayacaq.
Tərəzi - Problemlərin həddən çox, onların öhdəsindən gəlməyin mümkünsüz olduğunu düşünməyin. Vaxt və səylərin düzgün bölüşdürülməsi gərəkli nəticəyə nail olmağa imkan verəcək. Planlaşdırılmış əyləncə, xoş görüş və istirahətdən imtina edin. Dəvət aldığınız tədbirə getməyin. Xoş təəssüratlar almaq əvəzinə, yorulacaqsınız.
Anlaşma və ya sövdələşmə üçün əlverişli zaman deyil. Səylər uğursuz sonuclana bilər. Alış-veriş və ya daşınmaz əmlak alınmasını, kirayəyə götürülməsini ertələyin.
Axşam saatlarında xoş sürprizlər olacaq.
Əqrəb - Yeni işlərə yalnız hər şeyi əvvəlcədən düşünüb dəqiq fəaliyyət planı hazırlayandan sonra başlamaq olar. Yeni işgüzar tərəfdaş araya bilərsiniz. Onunla əməkdaşlıq qarşınızda yeni, cazibədar perspektivlər yaradacaq. İşdə irəliləyiş, maaş və ya vəzifənin böyüməsinə güvənmək olar. Rəhbərlik fəaliyyətinizi diqqətdə saxlayır.
Qısamüddətli səfərlə bahəm, uzunmüddətli səyahət üçün əlverişli zamandır.
İndiyədək münasibətlərinizin sərin olduğu insanlarla təmasda onlarda özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz. Axşam saatlarında romantik tanışlıq istisna deyil.
Oxatan - Uğurlu və münasib gündür. Peşəkar fəaliyyət sahəsində irəliləyiş, şəxsi həyatda müsbət dəyişikliklər ola bilər. Təşəbbüskar olmaqdan çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Sözləriniz dəqiq olsun. Problemlər barədə vaxtında danışın. Yalnız özlərini dinləməyi sevən insanlar belə, sizə qulaq asacaqlar. Bir müddət sonra yaxşı gəlir verə biləcək işgüzar təkliflər ala bilərsiniz.
Yeni işgüzar və ya şəxsi münasibətlərə başlamaq olar. Onlar uğurlu alınacaq. Kiçik gəlirlər istisna deyil.
Ailə üzvlərinizi və yaxınlarınızı kiçik hədiyyələrlə sevindirin.
Oğlaq - İşlərdə ani və sürətli uğur əldə edəcəyinizi düşünməyin. Başladığınız işləri başa vurun. Bədxah və rəqibləri üstələmyə çalışın. İşgüzar görüş və danışıqlarda ortaq məxrəcin əldə olunmasına can atın.
Günün ikinci yarısında başlayan tərəfdaşlıq məhsuldar ola bilər.
Alış-veriş etmək, sərmayə yatırmaq olar.
Gözəl əşya almaq və ya nə isə yaratmaq istəyəcəksiniz. Yaxınlarınızın əhvalını yaxşılaşdırın, onların hisslərini və istəklərini anlamağa çalışın.
Dolça - Kiçik və xırda məsələlərdən bədbinləşməyin, ən mənasız uğursuzluqları ürəyinizə salmayın. Problemlər kiçikdir və onları sürətlə həll etmək olar. Tərəfdaş, həmkar və ya dostun yardım təklifindən yararlanın. Mühüm məsələlərdən birini unuda bilərsiniz. Ona görə də görməli olduğunuz işləri, nəzərdə tutulan görüşləri unutmayın.
Alış-veriş üçün əlverişsiz gündür. Gərəksiz və mənasız işlərə pul sərf etməyin. Axşam saatlarında emosional baxımdan həssas olduğunuzdan xoşagəlməz insanlarla təmasları minimuma endirin.
Balıqlar - Müsbət təmayüllərin təsiri güclənir. Gün uğurlu alınacaq. Nüfuzlu insanlar uğurlarınızı görəcəklər və sizə yeni uğurlara nail olmaq üçün yardımlarını təklif edəcəklər. İri sövdələşmə və anlaşmaları müzakirə etmək, iş yerini dəyişmək, genişmiqyaslı layihənin reallaşdırılmasına başlamaq olar.
İşgüzar danışıqlarda iradəli, amma həssas və sayıq olun.
Əks cins mənsubları ilə təmaslarda diqqətli olun. Qayğı və yardıma ehtiyacı olanları unutmayın. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
Milli.Az
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI