Böyük Britaniyanın Azərbaycandakı səfiri Füzulidə - FOTO

img

03-03-2022 [17:48]


Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Füzuli rayonunun Horadiz qəsəbəsinə gedib.

Mia.az xəbər verir ki, bunu diplomat özünün tviter hesabında yazıb.

Səfir bildirib ki, Horadizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə görüşüb: "Biz minalar sahəsində ANAMA ilə əməkdaşlığımıza davam edirik. Bu gün Horadizdə ərazilərin minalardan təmizlənməsi üçün həm təlim, həmçinin də texniki dəstək göstərən Britaniya mütəxəssisləri ilə görüşdüm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA