İqtisadiyyat nazirinin müavininə yeni səlaiyyət verildi

img

03-03-2022 [11:09]


Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibində dəyişiklik edilib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarı ilə Nazirlər Kabinetinin "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliklə komissiyanın tərkibindən Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini çıxarılıb. Onun yerinə isə həmin siyahıya iqtisadiyyat nazirinin müavini əlavə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA