TƏHSİLLƏ BAĞLI DAHA BİR FOND YARADILDI

img

03-03-2022 [11:01]


Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı genişləndirilib.

Mia.az xəbər verir ki,  Baş nazir Əli Əsədovun qərarına əsasən, siyahıya Təhsilin İnkişafı Fondu da əlavə edilib.

Baş nazirin digər qərarına əsasən, Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb və Fondun Nizamnaməsi təsdiq edilib.

Müəyyən edilib ki, Fondun Nizamnamə fondu 1 milyon manat təşkil edir və Nazirlik tərəfindən tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar hesabına təmin olunur.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu ötən ilin iyulun 14-də Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA