Rusiya prezidenti Vladimir Putin Kremldə Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, Rusiyanın region başçıları və vətəndaş cəmiyyətlərinin nümayəndələri qarşısında Krım və Sevostopolun Rusiya Federasiyasına qəbul olunması ilə bağlı çıxış edib.
Azvision.az-ın-məlumatına görə, Putinin Qərbin əleyhinə dediyi hər bir fikir zalda alqışlarla qarşılanıb.
Krım referendumu barədə danışan Putin deyib ki, bu məsələ həyati və tarixi əhəmiyyət daşıyır: `Martın 17-də Krımda referendum keçirildi. 96 faizdən çox seçici Krımın Rusiyaya birləşməsinin lehinə səs verdi. Bu rəqəmlər xeyli böyükdür. Krımlıların nə üçün belə etdiklərini anlamaq üçün tarixi bilmək bəsdir. Krım sanki bizim hər şeyimiz , taiximiz, fəxrimizdir. Krım hər kəsin ürəyində Rusiyanın ayrılmaz bir hissəsi olub və olacaq`.
Krım tatarları və dili barədə Putin deyib ki, bəli, krım tatarlarının ədalətsizliyə, haqsızlıqlara məruz qaldığı vaxtlar olub. Müxtəlif millətlərdən olan milyonlarla insan repressiyadan əziyyət çəkib: "Nəhayət, Krım tatarları öz torpaqlarına qayıtdılar. Onların bu qərarı hüquqlarının bərpa olunmasına yol açacaq. Krım onların evidir. Krımda üç dövlət dilinin olması daha məqsədəuyğundur: rus, Ukrayna və krım-tatar dilləri”.
Xruşşovun Krımı Ukraynaya vermək qərarından danışan Putin söyləyib ki, bununla Xuruşşov Konstitusiya normalarının pozmuşdu: "Milyonlarla rus gözlərini bir ölkədə yumdular, açanda başqa ölkədə olduqlarını gördülər. Rus xalqı dünyada parçalanmaya məruz qalan xalqların ən böyüyü oldu. Krımlılar deyirlər ki, 1991-ci ildə onlar "kartof torbası” kimi əldən-ələ ötürüldülər. Rusiya isə başını aşağı salaraq barışdı və bu haqsızlığı "uddu”. Ölkəmiz elə bir vəziyyətdə idi ki, öz maraqlarını müdafiə edə bilmədi”.
Ukrayna ilə münasibətlərdən danışan Putin deyib ki, Ukraynanın mehriban qonşu olacağını hesab edir: "Ümid edirik, rusdilli vətəndaşların demokratiya şəraitində yaşayacaq, onların maraqları təmin olunacaq. Lakin hadisələr başqa istiqamətə yönəldi”.
- Ukrayna ilə əlaqələr bizim üçün önəmlidir və onlar mübahisəli məsələlərin əsirinə çevrilməməlidirlər. Dəfələrlə rusları tarixdən silməyə cəhd etdilər, rus dilini məhv etməyə çalışdılar. Ukraynanın digər vətəndaşları kimi ruslar da davamlı böhrandan əziyyət çəkdilər. Ukraynalıların dəyişiklik istəmələrini yaxşı başa düşürəm: onlar hökumətin əlindən təngə gəlmişdilər. Prezidentlər, baş nazirlər, Radanın deputatları dəyişsə də, onların öz xalqına münasibətləri dəyişmədi. Onlar Ukraynanı sağdılar, pul dalınca qaçdılar. Bununla yanaşı, vətəndaşların həyat şəraitilə maraqlanmadılar. Biz Ukrayna ilə dost olmaq istəyirik, istəyirik ki, o güclü bir dövlət olsun. Birgə layihələrimiz çoxdur və hər şeyə rəğmən mən onların uğuruna inanıram,- deyə Putin vurğulayıb.
Ukrayna ilə münasibətlərdən danışan Putin deyib ki, Ukraynanın mehriban qonşu olacağını hesab edir: "Ümid edirik, rusdilli vətəndaşların demokratiya şəraitində yaşayacaq, onların maraqları təmin olunacaq. Lakin hadisələr başqa istiqamətə yönəldi”.
- Ukrayna ilə əlaqələr bizim üçün önəmlidir və onlar mübahisəli məsələlərin əsirinə çevrilməməlidirlər. Dəfələrlə rusları tarixdən silməyə cəhd etdilər, rus dilini məhv etməyə çalışdılar. Ukraynanın digər vətəndaşları kimi ruslar da davamlı böhrandan əziyyət çəkdilər. Ukraynalıların dəyişiklik istəmələrini yaxşı başa düşürəm: onlar hökumətin əlindən təngə gəlmişdilər. Prezidentlər, baş nazirlər, Radanın deputatları dəyişsə də, onların öz xalqına münasibətləri dəyişmədi. Onlar Ukraynanı sağdılar, pul dalınca qaçdılar. Bununla yanaşı, vətəndaşların həyat şəraitilə maraqlanmadılar. Biz Ukrayna ilə dost olmaq istəyirik, istəyirik ki, o güclü bir dövlət olsun. Birgə layihələrimiz çoxdur və hər şeyə rəğmən mən onların uğuruna inanıram,- deyə Putin vurğulayıb.
Putin bildirib ki, Ukraynada hələ də legitim hökumət yoxdur ki, bu dövlətlə danışıqlar aparmaq mümkün olsun: "Bəzi nazirlərin qəbuluna düşmək üçün gərək Maydandakı silahlıların qılıncının altından keçəsən. Bu, zarafat deyil, müasir həyatın reallığıdır”.
- Krım və Sevastopol sakinləri Rusiyaya müraciət edərək hüquqlarını və həyatlarının təhlükəsizliyi üçün kömək istədilər. Biz onların bu istəyinə biganə qala bilməzdik, onları darda qoya bilməzdik. Yoxsa bu, satqınlıq olardı,- deyə o, bildirib.
V.Putin BMT və ABŞ-ın Kosova ilə bağlı qərarının Krım referendumu üçün president yaratdığını deyib. O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Krıma daxil olmadığını və Rusiya yarımadadakı bazasında olan hərbçilərin sayının 25 mini ötmədiyini bildirib. "Biz Krımdakı hərbi qruplaşmanı gücləndirdik, amma müqavilədə nəzərdə tutulmuş son ştat sayını keçmədik”, - prezident əlavə edib.
Rusiya prezidenti Qərb partnyorlarının özlərini kobud, məsuliyyətsiz və qeyri-peşəkar apardığını bildirib. Putin vurğulayıb ki, Rusiya təmkinli siyasətini bu gün də davam etdirir. O, Qərbi isterikanı dayandırmağa, Rusiyanın milli maraqlarına hörmət etməyə çağırıb. Rusiya dövlət başçısı Krımdakı vəziyyətlə bağlı sərgilədiyi mövqeyə görə, Çinə minnətdarlığını ifadə edib.
Krım heç vaxt banderaçıların (Qərbi Ukraynanın milli qəhərəmanı Stepan Banderanın adından götürülüb, təhqiramiz ifadə kimi işlədilir-red.) olmayacaq. Krım güclü və davamlı Rusiya suvereniteti altında olmalıdır.
*****
15.45
"Rusiya üçün Ukrayna ilə münasibətlər həmişə əhəmiyyətli və əsas olacaq. Rusiya həmişə Ukraynaya kömək edib, xüsusilə sərhədlərin delimitasiyası məsələlərində. Biz Rusiya Federasiyası maraqları və onun vətəndaşlarının Ukrayna ərazisində nəzərə alınmasını gözləmişik”,- Putin söyləyib.
Krımın Ukrayna verilməsi ilə bağlı Nikita Xruşovun qərarını xatırladan Rusiya prezidenti qeyd edib ki, tarixçilər bu qərarın səbəblərini aydınlaşdırmalıdırlar. "Totalitar dövlətdə vətəndaşlardan heç nə soruşmurdular, sadəcə fakt qarşısında qoyurdular”, - deyə o, vurğulayıb.
V.Putin bildirib ki, Rusiya yardımla bağlı Krımın xahişinə səs verməyə bilməzdi. "Əks halda bu xəyanət olardı” deyən V.Putinin sözlərinə görə, krımlılara tarixdə birinci dəfə öz taleyini müəyyən etmək hüququnu reallaşdıra bilmək üçün şərait yaradılmalı idi. Putin Ukraynada hakimiyyət dəyişikliyinin rusfoblar və ekstremistlər tərəfindən həyata keçirildiyini bildirib. "Məhz onlar ölkədə indiki həyatı müəyyən edirlər”, - Rusiya dövlət başçısı deyib.
*****
15.21
Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasına birləşmək barədə Krımın etdiyi müraciətlə bağlı parlamentin üzvləri, qubernatorlar və vətəndaş cəmiyyətinin nümayəndələri qarşısında çıxış edir.
Publika.Az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin çıxışı Kreml sarayının Georgiyevski zalında baş tutub.
Xəbər agentliyinin yazdığına görə, "Krım Respublikası”nın baş naziri Sergey Aksyonov və parlament sədri Vladimir Konstantinov da hazırda həmin zaldadır.
Rusiya prezidenti Krımdakı referendumun demokratik prosedurlara müvafiq keçirildiyini bildirib.
Putin bildirib ki, Krım tatarlarının bütün hüquqlarının bərpası üçün bütün addımlar atılmalıdır. O, Krımda üç dil – Ukrayna, rus və tatar dillərinin bərabər hüquqlu olmasının vacibliyini dilə gətirib.
V.Putin Krım Ukrayna tərkibinə verilməsi barədə qərarın aşkar şəkildə Konstitusiya normalarının pozulması ilə qəbul edildiyini deyib. O, SSRİ-in dağılmasından sonra rus xalqının ən böyük bölünmüş xalqlardan biri olduğunu qeyd edib.