Əməkdar elm xadimi koronavirusdan vəfat edib

img

02-03-2022 [15:21]


Əməkdar elm xadimi koronavirusdan vəfat edib.

Azərbaycan Texniki Universitetindən Mia.az-a bildirilib ki, universitetin Mexanika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Mirsəlimov 81 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, V.Mirsəlimov AzTU-da 1983-cü ildən fəaliyyətə başlayıb. Uzun illər Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. O, 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, 107 elmlər namizədi və 15 elmlər doktoru yetişdirib. AzTU-nun Ağsaqqallar Şurasının üzvü kimi universitetin ictimai, elmi və pedaqoji həyatında fəal iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA