Kiyevdən 1200 azərbaycanlı Moldova istiqamətində yola salınıb

img

02-03-2022 [14:23]


Ukraynanın paytaxtı Kiyevdən 1200 azərbaycanlı Moldova istiqamətində yola salınıb.

Mia.az xəbər verir ki, Report-un əməkdaşının Kiyev dəmiryol vağzalından verdiyi məlumata görə, yola salınanlar Kiyev ilə yanaşı Xarkov, Xerson, Nikolayev, Mariupol vilayətlərindən gələn azərbaycanlılardır.

Son məntəqəyə çatdıqdan sonra vətəndaşların Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Vətəndaşlarımıza Moldova ərazisində yarana biləcək məsələləri ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi ilə əlaqə saxlamaları tövsiyyə olunur.

Sabah, martın 3-də, Kiyevdən növbəti reysin yola salınacağı gözlənilir.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün xüsusi qatar ayrılıb. Qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçiriləcək. Fövqəladə vəziyyəti nəzərə alaraq, qatarın yola düşmə vaxtından 1,5-2 saat öncə vağzalda olmaq, ən ciddi ehtiyac olan şəxsi əşya götürmək tövsiyə olunur.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, ciddi texnika itkisinə baxmayaraq Rusiya ordusu Kiyevə hücumu hazırda davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA