Nazir nöqsana yol verən polisləri cəzalandırıb

img

02-03-2022 [18:07]


Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə Bakının Nizami Rayon Polis İdarəsində aparılan xidməti yoxlama yekunlaşıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yoxlama rayon ərazisində xidmətin zəif təşkil edilməsi və yol verilən nöqsanlar səbəbi ilə başlanılıb.

Yekunda pozuntulara görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşviq Aslanov vəzifəsindən azad olunub. Həmçinin, daha bir neçə yüksək vəzifəli şəxs cəzalandırılıb.

Hazırda xidməti yoxlama davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA