BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyası Qarabağ zonasına səfər edəcək

img

02-03-2022 [12:48]


"BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri martın 7-dən 17-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olacaq".

Bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva jurnalistlərə bildirib.

Onun sözlərinə görə, münaqişəsonrası mərhələdə yardım BMT və Azərbaycan arasında əməkdaşlığın sahələrindən biridir.

Bununla əlaqədar olaraq, BMT, Dünya Bankı və Aİ-nin 10 ekspertdən ibarət birgə missiyası martın 7-dən 17-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək. Səfərin məqsədi ərazilərin bərpasında Azərbaycana necə dəstək verilməsini müəyyən etməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA