Birinci müavin: "Hələlik icra başçsının vəzifələrinin icrası bir neçə günlük mənə tapşırılıb”

img

01-03-2022 [12:17]


Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Mehdi İldırım oğlu Səlimzadənin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, qaynarinfo-ya açıqlama verən icra başçısının birinci müavini İkram Vəliyev bildirib ki, hazırda rayona rəhbərlik ona tapşırılıb: "Hələlik icra başçsının vəzifələrinin icrası bir neçə günlük mənə tapşırılıb”.

İkram Vəliyev deyib ki, Mehdi Səlimzadə vəzifəsindən azad olunacağını heç özü də bilmirmiş: "Bir yerdə işimizin başında idik. Vəzifədən azad olunması ilə bağlı sərəncam imzalandı. Yəqin ki, özü bunun səbəbini yaxşı bilər. Mənim isə ətraflı heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, Mehdi əlimzadə bu vəzifəyə 2016-cı il iyunun 10-da təyin olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA