Konsulluq: "Bu gün 500 azərbaycanlı Xarkovdan Lvov şəhərinə yola salınıb"

img

01-03-2022 [12:57]


"Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna baxmayaraq Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 500 nəfər həmvətənimiz Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb. Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa sərhəddini keçmələrinə köməklik göstəriləcək".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın fəxri konsulluğu məlumat yayıb.

Bildirilib ki, Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanovun Xarkov Cənub Dəmir Yolu idarəsi və Xarkov Dəmir Yolu vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılıb:

"Xarkov şəhərini tərk etmək istətən həmvətənlərdən Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.

Eyni zamanda konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı izləyir və burada yerləşdirilən müraciətlərə operativ şəkildə reaksiya verir. Azərbaycanın fəxri konsulluğu olaraq Sizlərdən bu işdə həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirməyinizi xahiş edirik.

Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər".

***

Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket atəşinə məruz qalması nəticəsində Azərbaycanın fəxri konsulluğunun binasına ziyan dəyməyib.

Bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib.

“Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik. Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyyə edirik. Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, raket zərbələrinin endirildiyi ərazi fəxri konsulluq binasına yaxın yerləşir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA