Nazirlər Kabineti mediasiya xərcləri ilə bağlı yeni qərar verdi - Dəyişiklik

img

28-02-2022 [19:39]


Azərbaycanda bəzi şəxslər mediasiya xərclərini ödəməkdən azad edilib.

Mia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında bildirilir.

Qərara əsasən, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslər ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslərdir.

Bunun üçün fiziki şəxs bu qaydadakı kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənədin surətini təqdim etməlidir. Fiziki şəxsin bu qaydada qeyd edilən kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənəd onun müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fiziki şəxs həmin sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında yaradılan elektron kabineti vasitəsilə və ya “DOST” mərkəzlərinə müraciət etməklə əldə edə biləcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA