Bakıda və Abşeronda qarşıdakı üç gün üçün hava proqnozu açıqlanıb

img

28-02-2022 [15:26]


Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Cənub küləyi 8-13 m/s olacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti olacaq.

Martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, axşam çiskin olma ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti olacaq.

Martın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi 7-12 m/s, gündüz arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA