Şuşa şəhərində Xocalı qurbanları anılıb

img

26-02-2022 [18:00]


Şuşa şəhərində Xocalı qurbanları anılıb. Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı Şuşa şəhərində bu faciənin günahsız qurbanları anılıb.

Mia.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin iştirak etdiyi 1 dəqiqəlik anma mərasimi şəhərin mərkəzi meydanında və Yuxarı Gövhərağa məscidinin qarşında baş tutub. Anım mərasimində şəhərdə fəaliyyət göstərən digər dövlət və özəl şirkətlərin rəhbərlikləri də iştirak etmişdir. Xocalı soyqırımının bütün qurbanlarına Allah rəhmət eləsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA