Ukraynada Rusiyanın daha bir döyüş təyyarəsi vuruldu

img

28-02-2022 [14:09]


Ukraynanın Mariupol şəhərinin ərazi müdafiə qüvvələri Rusiyanın döyüş təyyarəsini vurublar.

Bu barədə şəhər meri Vadim Boyçenko məlumat verib.

“Bizim hörmətli hərbçilərimiz Silahlı Qüvvələr, Milli Qvardiya və “Azov” alayı Rusiya işğalçılarının təyyarəsini məhv ediblər. Bu təyyarə fevralın 27-də Mariupolun Sartan qəsəbəsi və Levoberejni rayonunu 4 dəfə atəşə tutmuşdu”, - deyə V.Boyçenko bildirib/Report.

Məlumata görə, Rusiya hərbçiləri Mariupolu ələ keçirmək üçün Ukraynanın bu şəhərini davamlı olaraq bombalayırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA