Putinlə Lavrova sanksiya tətbiq olundu - Avropadan Moskvaya növbəti xəbərdarlıq

img

25-02-2022 [22:20]


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə 27 ölkənin xarici işlər nazirlərinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Bununla yanaşı, Aİ Rusiya Prezidenti Vladimir Putini və xarici işlər naziri Sergey Lavrovu sanksiya siyahısına daxil edib.

Borrel qeyd edib ki, ümumilikdə sanksiya siyahısına 26 rusiyalı daxildir. "Yeni sanksiyaların bütün variantları, o cümlədən Rusiyanın SWIFT-dən kənarlaşdırılması masa üzərində qalır.

Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden bildirib ki, G7 ölkələrinin liderləri Rusiyaya qarşı daha sərt sanksiyalar paketi tətbiq etmək barədə razılığa gəliblər.

Böyük Britaniyanın Baş naziri Boris Conson isə qeyd edib ki, dünya Putinin Ukraynaya təcavüz aktında uğursuzluğa düçar olacağına əmin olmalıdır. O əlavə edib ki, bu hərəkətdən sonra Rusiya ilə münasibətlərin normallaşması mümkün deyil/Report.

***

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar zərfi tətbiq etməyə hazırlaşır.

FT xəbər verir ki, həmin tədbirlər çərçivəsində adıçəkilən ölkənin prezidenti Vladimir Putinə və xarici işlər naziri Sergey Lavrova məxsus aktivlər dondurulacaq/Report.

Sözügedən sanksiyalara dair son qərar bu gün veriləcək.

Bu arada Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen rəsmi Moskvanı hədələyib.

Mia.az xəbər verir ki, o, tviter hesabından belə paylaşım edib: "Bu gün biz Kremlin əməllərinə görə cavab verməsində hər zamankından daha çox qətiyyətliyik. Həmçinin Ukraynaya həmişəkindən daha çox dəstək verməkdəyik”.

Mia.az

Mia.azz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA