Ukrayna ordusu Luqanskdə Rusiya qüvvələrinin mövqelərini yararaq əks-hücuma keçib: "Rus hərbçilər geriyə qaçıblar"

img

25-02-2022 [17:14]


Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Belovodsk rayonunda Rusiyanın işğalçı qüvvələrinin mövqelərini yararaq əks-hücuma keçib və mövqelərini möhkəmləndiriblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Əməliyyatının Qərargahı məlumat yayıb.

Bildirilib ki, xeyli itki verən Rusiya hərbçiləri döyüş meydanından Rusiya sərhədi istiqamətində qaçmağa başlayıblar/Report.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqindəki separatçılara qarşı 2018-ci ildən bəri davam etdirdiyi əməliyyatın adıdır. Əməliyyat 2014-cü ildən 2018-ci ilədək Antiterrorçuluq Əməliyyatı adlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA