PUTİN ÇİN LİDERİ İLƏ MÜZAKİRƏDƏ: “Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır”

img

25-02-2022 [16:06]


“Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır”.

Mia.az “RİA Novosti”ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinin sədri Si Szinpinlə telefon danışığında bildirib.

Rusiya prezidenti Çin liderinə hazırkı vəziyyət barədə məlumat verib.

Bundan əlavə, tərəflər ikitərəfli məsələləri müzakirə ediblər.

Çin sədri Si Szinpi isə deyib ki, ölkəsi Rusiya-Ukrayna münasibətlərinin danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarıdır: "Bütün dövlətlərin təhlükəsizlik sahəsində qanuni maraqlarına hörmət edilməli və “soyuq müharibə”nin mentalitetindən imtina olunmalıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA