Rusiyanın daha bir hərbi təyyarəsi vurulub

img

25-02-2022 [10:23]


Ukraynadakı hərbi əməliyyatların ikinci günü Rusiyanın daha bir hərbi təyyarəsi vurulub.

Mia.az xəbər verir ki, məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında Ukrayna ərazisini yenə bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub. Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub.

Xatırladaq ki, fevralın 24-də Ukrayna səmasında Rusiyanın 6 hərbi təyyarəsinin vurulduğuna dair məlumat yayılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA