Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar keçirilir

img

24-02-2022 [19:02]


Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar baş qaldırıb.

Mia.az "Report"a istinadla xəbər verir ki, Yekaterinburq və Novosibirsk şəhərlərində Ukraynada aparılan hərbi əməliyyatlara etiraz olaraq yüzlərlə fəal yürüş keçiriblər.

Yekaterinburqda hüquq-mühafizə orqanlarına müqavimət göstərən iki gənc qız saxlanılıb.

Paytaxt Moskvada Puşkin meydanında bir qrup fəal nəqliyyatın hərəkətinə mane olaraq müharibə əleyhinə şüarlar səsləndiriblər.

Rusiyanın qərb qapısı Sankt-Peterburqda da Ukraynadakı hərbi əməliyyatlara etiraz olaraq insanlar küçələr axışıblar. Üç nəfər saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA