RƏSMİ MOSKVADAN UKRAYNAYA HÜCUMLA BAĞLI İLK AÇIQLAMA: "Nə vaxta qədər davam edəcəyinə yalnız Putin qərar verəcək"

img

24-02-2022 [16:25]


"Əməliyyatın nə vaxta qədər davam edəcəyinə yalnız Putin qərar verəcək".

Mia.az xəbər evrir ki, bu sözləri rusiya prezidentinin mətbuat katibi Dmitrdi peskov deyib.

O bildirib ki, Rusiyanın əməliyyatının  hədəfi var: "Rusiya Ukrayna ordusunun gücünü azaltmaq üçün lazım olan hədəfləri vurub, vuracaq. Strateji hədəfimiz Ukraynanın hərbi gücünü və manevr imkanlarını məhdudlaşdırmaqla yanaşı, həm də Kiyevə real vəziyyəti anlatmaqdır. Orada əməliyyatın nə zamana kimi davam edəcəyini bilmirəm, bu barədə yalnız prezident Putin qərar verəcək. Əsas məsələ hədəfə nail olmaqdır, əməliyyyatlar öz hədəfinə çatmalıdır".

Peskov Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqların təşkili üçün heç bir maneə görmədiyini də deyib: "Burada sual odur ki, Ukrayna rəhbərliyi buna hazırdırmı?”.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA