Ərdoğan Putinlə danışdı - Türkiyə lideri TŞ-ni təcili toplantıya çağırdı

img

24-02-2022 [15:50]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Telefon danışığı Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra baş tutub.

Telefon danışığından dərhal sonra Ərdoğan Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.

Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq.

***

Ərdoğan bu gün Zelenski ilə də telefonda müzakirə aparıb.

Türkiyə lideri Rusiyanın hücumunu pisləyib və bunu qəbuledilməz sayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA