RUSİYA UKRAYNAYA HÜCUMU: itkilər açıqlandı - Putin hədələdi, Rəsmi Kiyev isə "qalıb gələcəyik" deyir, dünya ayağa qalxıb (YENİLƏNİR)
25-02-2022 [09:27]
Müharibənin birinci günündə Rusiya qoşunlarının itkisi təxminən 400 nəfər təşkil edib.
Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
"İlkin hesablamalara görə 400 nəfərə yaxın rus hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi, bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb", - Arestoviç vurğulayıb.
O, həmçinin bildirib ki, Birgə Qüvvələr Əməliyyatı zonasında, ilkin hesablamalara görə, Rusiya ordusunun tərkibinə daxil olan 1-ci və 2-ci ordu korpuslarınin təxminən 50-60 min şəxsi heyəti iştirak edir: "Lakin bu o demək deyil ki, onlar bizim mövqelərimizə birbaşa basqın edirlər. Bunlar ikinci və ya üçüncü eşelonlardır və s. Orada bizim on minlərlə əsgərimiz var".
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hücumu nəticəsində Ukraynanın 137 hərbçisi həlak olub. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı daha 316 hərbçi yaralanıb.
***
Ukrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.
Mia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Fərman Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək məqsədilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Nazirliyinin təklifi əsasında Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrinin döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə Ukrayna Konstitusiyasının 102-ci maddəsinin ikinci hissəsi, 106-cı maddəsinin birinci hissəsinin 1, 17, 20-ci bəndlərinə uyğun olaraq qəbul edilib.
Qeyd edilir ki, belə bir qərar Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək, Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə qəbul olunub.
Səfərbərlik fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçirilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına ümumi səfərbərlik dövrü ərzində çağırışçıların, ehtiyatda olanların və xalq təsərrüfatının nəqliyyat vasitələrinin sırasını və həcmini müəyyən etmək tapşırılıb.
Ukrayna Nazirlər Kabineti maliyyələşdirməni təmin etməli və öz səlahiyyətləri daxilində ümumi səfərbərliyin elan edilməsi və keçirilməsi ilə bağlı digər tədbirləri həyata keçirməlidir.
Ukrayna Təhlükəsizlik Xidməti ümumi səfərbərliyin həyata keçirilməsi zamanı əks-kəşfiyyat dəstəyi tədbirlərini həyata keçirəcək.
***
Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub, yaralılar var.
Bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.
O, qeyd edib ki, hərbi əməliyyatlar zamanı 169 ukraynalı isə yaralanıb.
***
Ukrayna Prezidenti Vladimir Zelenski hərbi idarələrin yaradılması haqqında fərman imzalayıb.
Bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Ukrayna-24” telekanalında yayımlanan brifinqdə bildirib: "Hərbi idarələr regional dövlət administrasiyaları əsasında yaradılacaq".
***
Ukraynanın Qostomel hava limanı Rusiya Ordusu tərəfindən ələ keçirilib.
Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Bildirilir ki, günortadan sonra hava limanına rus desantları enib və ağır döyüşlər başlayıb.
Bundan əvvəl Rusiya Federasiyasının “20 KA-52” və “Mi-8” helikopteri Qostomel aerodromuna desant endirib.
***
Krım yarımadasından Ukrayna ərazisinə daxil olan Rusiya hərbçiləri Xerson şəhərinə girib.
Mia.az xəbər evrir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov az əvvəl brifinqdə deyib.
O bildirib ki, Krım istiqamətində reyd dəstələrinin və hava-desant qoşunlarının birgə istifadəsi rus qoşunlarının Xerson şəhərinə çıxışını təmin edib: "Bununla yanaşı, Rusiya hərbçiləri Ukraynanın hərbi infrastrukturunun 83 yerüstü obyektini sıradan çıxarıb".
***
Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova feysbuk səhifəsində məlumat verib: "Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov saxlanılır. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir".
***
Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı olub.
TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı tərəflər Ukrayna ətrafında vəziyyətin inkişafı, eləcə də İranın nüvə proqramı üzrə razılaşmanın həyata keçirilməsində irəliləyişləri müzakirə ediblər.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Yanvarın 19-da Moskvada keçirilən Rusiya-İran sammitinin nəticələrini nəzərə alaraq, tərəflər müxtəlif sahələrdə əməkdaşlığı daha da gücləndirmək niyyətlərini təsdiqləyiblər.
***
“Təcavüzkar aviasiya və tanınma nişanı olmayan hərbi texnika ilə Belarus ərazisindən hücuma cəhd edir”.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 09:40-da Belarus ərazisindən tanınma nişanı olmayan hərbi helikopter yüksələrək atəş açmağa başlayıb: “Sərhədçilərimiz müdafiəni saxlamağa davam edir”.
***
“Rusiya silahlı qüvvələri Belarus və işğal altındakı Krım yarımadasında hücuma başlayıb”.
“Anadolu” xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidməti açıqlayıb.
Bildirilib ki, Rusiyanın Silahlı Qüvvələri işğal altındakı Krımdan hücuma keçməyə başlayıb.
Qeyd olunub ki, hazırda yarımadanın inzibati sərhədindən hərbi texnikanın keçməsi müşahidə olunur.
Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidmətinin məlumatına görə isə Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətindəki Melovoye və Qorodişe kəndlərini işğal edib.
Ukrayna Silahlı Qüvvələri isə Donbasda Rusiyanın 5 təyyarəsi və 1 helikopterini məhv edildiyini bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, vəziyyət nəzarət altınadır.
Ukrayna DİN isə məlumat yayıb ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovar şəhərini atəşə tutması nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə yaralanıb: "Ümumilikdə isə 8 nəfər həlak olub, yaralılar var"..
Onu da qeyd edək ki, daha öncə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurduğunu bildirib.
Rəsmi Moskva, daha dəqiqi, Rusiya MN isə təyyarələrinin vurulma xəbərini təkzib edib: "Bu, yalandır, informasiya təxribatıdır".
***
“Biz Vladimir Putin əleyhinə koalisiya qururuq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski tviter hesabında yazıb: “Mən dünya liderləri ilə danışdın. Putini müharibəyə son qoymağa çağırıram. Dünya Rusiyanı sülhə məcbur etməlidir”.
***
Ukrayna Türkiyədən dəstək istəyib.
Bunu Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar tviter səhifəsində yazıb.
“Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Ukraynanın dinc şəhərlərini bombalayırlar. Biz strateji müttəfiqimiz Türkiyəni və dost Türkiyə xalqını bu çətin zamanda bizə yardım etməyə çağırırıq”, - diplomat bildirib.
***
“Ukrayna Silahlı Qüvvələrinin aviabazalarının hərbi infrastrukturu sıradan çıxarılıb”.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Rusiya ordusunun Ukraynanın şəhərlərinə heç bir raket, hava və ya artilleriya zərbəsi endirmədiyini iddia edib.
“Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə obyektləri, hərbi aerodromlar, aviasiyası yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb”, - Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib.
Qeyd olunub ki, Ukraynanın sərhəd xidmətləri Rusiya bölmələrinə heç bir müqavimət göstərmir: “Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri məhv edilib”.
***
“Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır”.
UNIAN-a istinadən xəbər verir ki, bunu jurnalist Andrey Tsaplienko Telegram kanalında yazıb.
Məlumata görə, şəhərin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir. Kramatorskda ən azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayış baş verib.
Partlayışlar Dnepr çayının sol sahili, Poznyaki və Troeşin rayonları, Borispol qəsəbəsində də baş verib. Yerli sakinlərin bildirdiyinə görə, Xarkov və Mariupola Rusiya ilə sərhəddən qrad atılır.
Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters agentliyinə məlumat veriblər. "The Guardian" qəzetinin Kiyevdəki müxbiri Lyuk Hardinq bildirib ki, Ukrayna aerodromları, hərbi qərargahları və komanda mərkəzləri qanadlı və ballistik raketlərlə vurulur.
***
"Kiyevdə səhər tezdən eşidilən partlayışlar Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən naməlum pilotsuz uçuş aparatlarına qarşı endirilən zərbələr idi".
Bunu Borispol meri Volodimir Borisenko deyib.
O, vətəndaşları təşvişə düşməməyə və yalnız rəsmi mənbələrdən gələn təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıb.
***
Ukraynada hərbi vəziyyət tətbiq edilib.
Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Qeyd edək ki, hazırda Kiyev, Odessa, Kramatorsk, Xarkov, Berdyansk və digər şəhərlərdə partlayış səsləri eşidilir.
***
Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə yenidən müraciət edib.
Mia.az xəbər verir ki, Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.
Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”.
Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.
***
“Rusiyanın rəhbəri Vladimir Putin insan itkisi və iztirablara səbəb olacaq müharibəni seçib”.
Mia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında deyilir.
ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə vahid və qəti cavab verəcəklər.
“Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya cavabdehdir, ABŞ, onun müttəfiqləri və tərəfdaşları vahid və qəti şəkildə cavab verəcəklər. Dünya Rusiyanı məsuliyyətə cəlb edəcək”, - Amerika lideri bildirib.
O, həmçinin bildirib ki, gecə saatlarında Ukrayna ətrafında vəziyyəti izləyəcək və baş verənlərlə bağlı mütəmadi olaraq məlumat almağa davam edəcək.
***
“Ukrayna özünü müdafiə edəcək və qalib gələcək”.
Mia.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Dmitri Kuleba tviter hesabında yazıb.
Nazir bildirib ki, Rusiya prezidenti “Vladimir Putin Ukraynanın genişmiqyaslı işğalına başlayıb:
"Ukraynanın dinc şəhərləri işğala məruz qalır. Bu, işğalçı müharibədir. Dünya Putini dayandıra bilər və bunu etməlidir. İndi hərəkət etmək vaxtıdır".
Xatırladaq ki, baş verənlərə görə, Ukraynanın Xarkov və Dnepr şəhərlərində beynəlxalq hava limanları müvəqqəti bağlanıb.
Bundan əlavə, Ukrayna hakimiyyəti Donetsk vilayətinin Mariupol şəhərinin təhlükəsizliyini gücləndirmək qərarına gəlib.
****
Amerika Birləşmiş Ştatları İtaliyadan Baltikyanı ölkələrə 800-ə qədər hərbçi, eləcə də Almaniyadan NATO-nun şərq cinahına səkkiz “F-35” qırıcısı yerləşdirəcək.
Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Pentaqona Avropadakı qüvvələrin bir hissəsinin yerini dəyişməklə bağlı tapşırıq verib:
"Onların arasında İtaliyadan Baltik regionuna yerləşdiriləcək təxminən 800 nəfərlik piyada batalyonunun xüsusi təyinatlı qrupu da var. Almaniyadan NATO-nun şərq bayrağına səkkiz F-35 təyyarəsi və 20 AH-64 helikopterindən ibarət hücum aviasiya bölməsi yerləşdiriləcək. 12 AH-64 helikopterdən ibarət qrup Yunanıstandan Polşaya aparılacaq".
***
“Biz Ukraynanın yanındayıq”.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass tviter hesabında yazıb.
“Prezident Putinin Ukrayna xalqına qarşı törətdiyi dəhşətli, əsassız hücumu qətiyyətlə pisləyirik. Bu dəhşətli təcavüz aktına cavab vermək üçün beynəlxalq tərəfdaşlarımızla birlikdə çalışacağıq” - paylaşımda bildirilib.
***
Almaniya kansleri Olaf Şols Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatını beynəlxalq normaların pozulması kimi qiymətləndirib.
“RİA Novosti” xəbər verir ki, bunu Olaf Şols Rusiyaya səfərin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
***
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv dövlətlərin daimi nümayəndələri Rusiyanın Ukraynanın şərqində hərbi əməliyyatlara başlaması haqqında məlumatlandırılıblar.
Mia.az xəbər verir ki, bu barədə TASS təşkilatdakı mənbəyə istinadən xəbər verib.
“Daimi nümayəndələr Rusiyanın Ukraynada hərəkətləri barədə məlumatlandırılıb. Baş verənləri müzakirə etmək üçün ATƏT-in Daimi Şurasının iclası keçiriləcək”, - mənbədən bildirilib.
***
"Biz Kremli məsuliyyətə cəlb edəcəyik”.
Mia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb.
O, "Biz Rusiyanın Ukraynaya qarşı haqsız hücumunu qətiyyətlə pisləyirik", - deyərək, daha sonra bəyan edib: " Bu saatlarda düşüncələrimiz Ukraynada, günahsız qadınlar, kişilər və uşaqlardadır”.
Bu arada Avropa İttifaqın rəsmi məlumat yayaraq, Rusiyanın Avropadakı bütün aktivlərinin dondurulacağını bəyan edib.
***
Kanada Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
Bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.
Tətbiq edilən sanksiyalar Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən müdafiə, maliyyə və ədliyyə nazirlərinə aiddir.
Bu sanksiyalar 58 fiziki və hüquqi şəxsə, o cümlədən Rusiya elitasının nümayəndələri və onların ailə üzvlərinə qarşı yönəlib.
Trüdo Kanadanın Rusiya tərəfindən əvvəllər verilmiş bütün ixrac icazələrini ləğv edəcəyini söyləyib.
Bundan əvvəl Trüdo Rusiyaya qarşı iqtisadi sanksiyaların birinci mərhələsinin başladığını, Latviyada NATO-nun heyətindəki kanadalı hərbçilərin sayının 460 nəfər artırılacağını elan edib.
Baş nazirin rəsmi saytında dərc olunan məlumata əsasən, sanksiyalar Ukraynadakı qondarma respublikaların tanınmasının lehinə səs verən Rusiya Dövlət Dumasının deputatlarına, Rusiyanın suveren borcu ilə birbaşa və ya dolayı əməliyyatların aparılmasına, Rusiyanın iki nəhəng maliyyə müəssisəsinə şamil ediləcək. Həmçinin Kanada vətəndaşlarının Rusiyanın işğalı altında olan Ukraynanın Donetsk və Luqansk bölgələrində hər hansısa fəaliyyətlə məşğul olması da yasaqlanacaq.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.
Qeyd edək ki, Rusiya qoşunları fevralın 23-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.
MİA.AZ
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Malta prezidentinə məktub ünvanlayıb - MƏTN
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə Şəhər Günü münasibətilə konsert proqramı keçirilib
Goranboyda ər arvadını öldürülüb
Ruandanın prezidenti Azərbaycana niyə gəlib? - TƏHLİL
Keçmiş səfir XİN-də yüksək vəzifəyə təyinat aldı
Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
Kəlbəcər şəhərinə növbəti köç olub
Ruanda Prezidenti "ASAN xidmət" mərkəzində olub
Kənan Şakirin şeirləri...
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
"Azərbaycan Dəmir Yolları"nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib
Ukrayna ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib: "2456 RUS HƏRBÇİ ÖLDÜRÜLÜB" - Zelenski "əla, uşaqlar" dedi
Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)
Xarici İşlər Nazirliyi bəyanat yayıb
Bu gün - sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Trampla görüşə gedir - Bu tarixdə (Açıqlama)
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlib
Ruanda Prezidenti Azərbaycana gəlib - FOTO
Nərimanla Abbas Aeroportda niyə pərt oldu?
Sahil Babayev maliyyə idarələrinin rəislərini topladı: yeni tapşırıqlar verildi - Kollegiya iclası
Bakıda və rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN
"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradıldı - Bakıda ödənişli hərəkət zonaları olacaq (FƏRMAN)
Qəzzada daha 4 nəfər acından ölüb
Qəzzada ölənlərin sayı 65174 nəfərə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
YSK CHP-nin qurultayının ləğvi tələbini rədd etdi
Sülh sazişi, həllini gözləyən qanun və anklavlar: referendum qaçılmazdır - Elxan ŞÜKÜRLÜ YAZIR
Hərbi prokurorun müavini sərəncama göndərildi - Yeni təyinat (FOTO)
Hava ilə bağlı - Xəbərdarlıq
Bakıda 17000 manat dəyərində mal-qara oğurlayıblar