Ərdoğanla Putin telefonda danışdı: "Ukraynanın ərazi bütövlüyünə qarşı atılan addımları qəbul etmirəm"

img

23-02-2022 [18:13]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Məlujmata görə, tətəflərt Ukrayna ilə bağlı müzakirə aparıblar.

Ərdoğan Putinlə regional məsələlərdə dialoqa hər zaman böyük əhəmiyyət verdiyini, bunun müsbət nəticələrini gördüklərini və anlaşmanı davam etdirmək əzmində olduğunu bildirib.

Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan addımları tanımadıqlarını və bunun prinsipial bir mövqe olduğunu deyən Türkiyə lideri Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacibliyini qeyd edib.

Hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyini vurğulayan Ərdoğan bəyan edib ki, Türkiyə gərginliyin azaldılması və sülhün qorunması üçün üzərinə düşəni etməyə hazırdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA