Gürcüstanda azərbaycanlı ailənin evinə qumbara atılıb

img

23-02-2022 [13:41]


Gürcüstanın Laqodexi bələdiyyəsinin Qabal kəndində Camal Niyazovun evinin həyətinə əl qumbarası atılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, C.Niyazov həyat yoldaşı ilə birgə evdə olsa da, xəsarət almayıblar.

Hadisə nəticəsində evin divar və pəncərələri zədələnib. Hazırda şahidlər dindirilir, hadisə yerində istintaq tədbirləri həyata keçirilir.

C.Niyazov iş adamıdır. O, Qabal kəndinin keçmiş səlahiyyətlisidir.

Yerli mətbuatın yaydığı mlumata əsasən, C.Niyazovun oğlu Amil Niyazov 2021-ci ilin oktyabrında Qabalda analoji insidentdən sonra axtarışa verilib. O, Laqodexi bələdiyyəsinin üzvü olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA