Ermənistanda polislə etirazçılar arasında əlbəyaxa dava düşüb - Milli Məclisin deputatlarına görə

img

22-02-2022 [14:35]


Azərbaycanlı deputatların Ermənistana səfərinə etiraz olaraq davam edən aksiyalar fonunda paytaxt İrəvanın mərkəzi küçələrində aksiya iştirakçıları ilə polis arasında əlbəyaxa dava düşüb.

"News.am" xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçıları təxribat törətməməyə çağırıblar.

Aksiyaçılardan Manuel Manukyan azərbaycanlıların Ermənistana səfərini qəbuledilməz hesab etdiyini deyib. O, bunun demokratiya prinsiplərinə uyğun olmadığını bildirib/Report.

Qeyd edək ki, iki azərbaycanlı deputat - Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA