Moldova parlamentinin sədri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

img

22-02-2022 [12:47]


Ölkəmizdə səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Mia.az xəbər verir ki, Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyub.

Nümayəndə heyəti, həmçinin, Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüblər. Nümayəndə heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA