Maqsud Mahmudov yenə hakim qarşısına çıxarıldı: "Dedilər ki, qızılları götürərək Ukraynaya qaçıb"
21-02-2022 [16:24]
Ukraynada saxlanılaraq Azərbaycana gətirilən Maqsud Mahmudovun bu gün növbəti məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiRəna Soltanova bildirib ki, 2019-cı ildə Lökbatan qəsəbəsində yerləşən lombarda qızıl-zinət əşyaları qoyub.
O deyib ki, bir müddət sonra yaranan problemlə bağlı qızıllarının yarısını ala bilməyib.
Məhkəmədə elan edilib ki, zərərçəkmişin ifadələri arasında ziddiyyətlər var.
Bildirilib ki, R.Soltanova ibtidai istintaqa verdiyi ifadəsində lombarda qoyduğu qızılların hamsını götürdüyünü deyib.
Daha sonra zərərçəkmiş qismində Nazlı Şəbiyeva dindirilib. Onun sözlərinə görə, 2019-cı ildə lombarda qoyduğu qızılları yalnız ötən ay ala bilib: "Lökbatanda yerləşən lombarda 500 manatlıq qızıl qoymuşdum. Bir müddət sonra pulu ödəyib, qızlarımı götürmək istədim. Orada dedilər ki, Maqsud qızılları götürərək Ukraynaya qaçıb. Hamı kimi mən də şikayət etdim. Yalnız ötən ay qızıllarımı ala bildim. Hazırda heç bir şikayət və tələbim yoxdur".
Növbəti proses fevralın 22-nə təyin olunub.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"