HƏBSDƏ OLAN İCRA BAŞÇISININ MƏHKƏMƏSİ: "Dedi, 4 milyonun 30 faizini verməlisən, yoxsa işi əlindən alacam..."
21-02-2022 [13:30]
İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının tikintisini həyata keçirən şirkətin direktorunun müşaviri Səyalə Səfərova ifadə verib.
Şahidin sözlərinə görə, binanın tikintisi üçün təmsil etdiyi “NTC Company” MMC-yə 4 milyon manat pul köçürülüb. Lakin Vilyam Hacıyev həmin vəsaitin 30 faizinin onlara çatmalı olduğunu deyib: "Əvvəl bu qiymətə iş görə bilmərik deyib, etirazımı bildirdim. Bundan sonra işi əlimdən alacağı ilə hədələdi. Məcbur qalıb 30 faizə razılaşdım".
Şahid vəkil Elmar Kərimovun sualını cavablandıran zaman şirkətin bank hesabına köçürülən 4 milyon manatı çıxarmaq üçün səlahiyyəti olmadığını deyib. S.Səfərovanın dediyinə görə, aparılan işlər üçün təmsil etdiyi şirkətin nağd vəsaitindən istifadə olunub.
Şahidin ifadəsinə münasibət bildirən Vilyam Hacıyev onunla hər hansı müqavilə bağlamadıqlarını bildirib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq işi aparan şirkətin direktorunun məhkəmədə ifadə verməsini tələb edib. Vəkil, həmçinin şahidin bu günə qədər verdiyi ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Proses fevralın 25-də davam etdiriləcək/APA.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Malta prezidentinə məktub ünvanlayıb - MƏTN
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə Şəhər Günü münasibətilə konsert proqramı keçirilib
Goranboyda ər arvadını öldürülüb
Ruandanın prezidenti Azərbaycana niyə gəlib? - TƏHLİL
Keçmiş səfir XİN-də yüksək vəzifəyə təyinat aldı
Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
Kəlbəcər şəhərinə növbəti köç olub
Ruanda Prezidenti "ASAN xidmət" mərkəzində olub
Kənan Şakirin şeirləri...
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
"Azərbaycan Dəmir Yolları"nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib
Ukrayna ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib: "2456 RUS HƏRBÇİ ÖLDÜRÜLÜB" - Zelenski "əla, uşaqlar" dedi
Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)
Xarici İşlər Nazirliyi bəyanat yayıb
Bu gün - sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Trampla görüşə gedir - Bu tarixdə (Açıqlama)
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlib
Ruanda Prezidenti Azərbaycana gəlib - FOTO
Nərimanla Abbas Aeroportda niyə pərt oldu?
Sahil Babayev maliyyə idarələrinin rəislərini topladı: yeni tapşırıqlar verildi - Kollegiya iclası
Bakıda və rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN
"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradıldı - Bakıda ödənişli hərəkət zonaları olacaq (FƏRMAN)
Qəzzada daha 4 nəfər acından ölüb
Qəzzada ölənlərin sayı 65174 nəfərə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
YSK CHP-nin qurultayının ləğvi tələbini rədd etdi
Sülh sazişi, həllini gözləyən qanun və anklavlar: referendum qaçılmazdır - Elxan ŞÜKÜRLÜ YAZIR
Hərbi prokurorun müavini sərəncama göndərildi - Yeni təyinat (FOTO)
Hava ilə bağlı - Xəbərdarlıq
Bakıda 17000 manat dəyərində mal-qara oğurlayıblar